Almaniya millisinə qol vurmuş futbolçu "Sabah" klubuna keçib

  Bölmə: Ölkə futbolu | 1185 | 20:25 17-02-2020
Almaniya millisinə qol vurmuş futbolçu "Sabah" klubuna keçib

“Sabah” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.

OLİMPSPORT klubun saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı futbolçu mövsümün sonuna kimi komandamızın uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.

Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil, əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.


Digər xəbərlər