UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib

  Bölmə: Xarici futbol | 580 | 09:31 19-02-2020
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib

Fevralın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinə start verilib.

OLİMPSPORT  xəbər verir ki, mərhələnin ilk günündə iki qarşılaşma oynanılıb.

Turnirin son çempionu İngiltərənin “Liverpul” klubu səfərdə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olub.Görüşün taleyin bir qol həll edib. Matçın 4-cü dəqiqəsində madridlilərin yarımmüdafiəçisi Saul Niquez fərqlənərək komandası üçün vacib qələbə qazandırıb.

Günün digər maraq doğuran görüşü Almaniyada baş tutub. “Borussiya Dortmund” Fransanın “Paris Sen-Jermen”i klubunu qəbul edib. İlk hissədə azarkeşlər qol görməsə də, fasilədən sonra oyun daha məhsuldar keçib. Qarşılaşmanın 69-cu dəqiqəsində meydan sahibləri Erlinq Hollandın sayəsində hesabı açıb - 1:0. Qoldan altı dəqiqə sonra “Paris Sen-Jermen”nin əsas qol silahı sayılan braziliyalı Neymar hesaba tarazlıq gətirib - 1:1. Dortmund təmsilçisinin cavabı çox çəkməyib. Oyunun 77-ci dəqiqəsində E.Holland dublun rəsimləşdirib - 2:1. Bu, oyunda son qol olub.

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.


Digər xəbərlər