Çempionlar Liqası: "Atalanta" böyük hesabla qalib gəlib

  Bölmə: Xarici futbol | 504 | 06:41 20-02-2020
Çempionlar Liqası: "Atalanta" böyük hesabla qalib gəlib

Fevralın 19-da futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

OLİMPSPORT  xəbər verir ki, mərhələnin ikinci oyun günündə iki qarşılaşma baş tutub. İtaliyanın “Atalanta” klubu doğma azarkeşlər önündə İspaniyanın “Valensiya” komandasını qəbul edib. Görüş italyanların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda İngiltərənin “Tottenhem” komandasını öz meydanında Almaniyanın “Leyptsiq” klubunu minimal hesabla məğlub edib (1:0).

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.


Digər xəbərlər