Futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna yekun vurulub

  Bölmə: Ölkə futbolu | 1201 | 21:21 23-02-2020
Futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna yekun vurulub

Futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna “Qarabağ” – “Sumqayıt” qarşılaşması ilə yekun vurulub.

OLİMPSPORT  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun Ağdam təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Oyunun taleyin həll edən yeganə qolu matçın 49-cü dəqiqəsində Mahir Əmrəli vurub.

Qurban Qurbanovun yetirmələri cari mövsümdə Premyer Liqada yeganə məğlubiyyətini məhz “Sumqayıt”dan alıb. 2019-cu il noyabrın 22-də keçirilmiş matçda “Sumqayıt” evdə 2:1 hesablı qələbə qazanıb.

“Qarabağ” isə ilk dövrənin oyununda üstün olub - 2:0. Ümumiyyətlə, iki komanda arasında indiyədək 30 görüş keçirilib. Onların 22-də “Qarabağ”, 5-də “Sumqayıt” üstün olub, üç matç isə heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, turun digər oyunlarında “Neftçi” səfərdə “Qəbələ”ni (2:0), “Keşlə” isə öz meydanında “Zirə”ni (4:0) məğlub edib. “Sabah” - “Səbail” oyununda qalib müəyyənləşməyib (0:0).

18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, “Keşlə” isə 29 xalla üçüncü yerdə qərarlaşıb. sonrakı pillələrdə müvafiq olaraq “Sumqayıt” (22 xal), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) komandaları yer alırlar.


Digər xəbərlər