AFFA 10 saatlıq əməliyyat keçirən veteran futbolçuya görə xəstəxanaya 6 000 manatı ödəmədi

  Bölmə: Ölkə futbolu | 1125 | 20:00 25-02-2020
AFFA 10 saatlıq əməliyyat keçirən veteran futbolçuya görə xəstəxanaya 6 000 manatı ödəmədi

“Neftçi” Klubunun veteran futbolçusu Səmədağa Şıxlarov ürəyindən 10 saatlıq əməliyyat keçirib.

OLİMPSPORT xəbər verir ki, dünən ağır əməliyyat keçirən veteran futbolçu bu gün müalicəsini davam etdirmək üçün xəstəxananın palatasına köçürülüb.

Qeyd edək ki, altıncı əməliyyatını keçirən Səmədağa Şıxlarovun son vaxtlar səhhəti ağırlaşaraq ayaqları belə tutulurdu. O əməliyyatın baha olmasına görə AFFA rəhbərliyinə müraciət edərək yardım istəmişdir. Vaxtilə “Neftçi” nin heyətində “Spartak” Moskva Klubunun dünyaca məşhur qapıçısı Renat Dasayevin qoruduğu qapıdan qollar keçirmiş Səmədağa Şıxlarova qarşı biganəlik edən AFFA xəstəxanaya köçürülməli olan 6 000 manat əməliyyat pulunu nə ödəmiş, nə də ki, ödəməkdən imtina etmişdir. Vəziyyəti ağırlaşan veteran futbolçunun halını görən qohum,dostlar lazım olan vəsaiti toplayıb onu vaxtında əməliyyat etdirmişlər.

Qeyd edək ki, xəstəxananın qaydalarına görə vəsait əvvəlcədən köçürüləndən sonra əməliyyat baş tutmalıymış.

Xatırladaq ki, bu günlərdə AFFA rəhbərliyi Uels yığma komandasının nümayəndələrinə qonaqpərvərlik göstərməklə məşğuldur. Kim bilir, bəlkə də Uels yığmasının baş məşqçisi Rayan Giqqz bilsəydi ki, Azərbaycan futbolunun sayılan isimlərindən biri 6 000 manata möhtac qalıb həyatını itirə bilər, Elxan Məmmədovla şəkil çəkdirməkdən imtina edib dərhal Səmədağa Şıxlarova baş çəkib həmin vəsaiti xəstəxanaya özü ödəyərdi.

Qeyd edək ki, Səmadağa Şıxlarov hazırda futbol təsərrüfatından uzaq salınaraq Həndbol Federasiyasında çalışır.


Digər xəbərlər