UEFA Çempionlar Liqası: "Barselona" səfərdə "Napoli"ni məğlub edə bilmədi

  Bölmə: Xarici futbol | 900 | 08:17 26-02-2020
UEFA Çempionlar Liqası: "Barselona" səfərdə "Napoli"ni məğlub edə bilmədi

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

OLİMPSPORT  xəbər verir ki, “San Paolo” stadionunda oynanılan görüşdə “Napoli” klubu “Barselona” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Oyunda hesabı meydan sahibləri açıb. Dris Mertena 30-cu dəqiqədə hesabı açıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesaba tarazlıq gətirib. Antuan Qrizman cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Bu komandalar arasındakı cavab görüşü martın 18-də keçiriləcək.  


Digər xəbərlər