UEFA Çempionlar Liqası: "Çelsi" evdə darmadağın oldu

  Bölmə: Xarici futbol | 891 | 08:24 26-02-2020
UEFA Çempionlar Liqası: "Çelsi" evdə darmadağın oldu

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

OLİMPSPORT  xəbər verir ki, mərhələnin maraq doğuran oyunu “Stenford Bric” stadionunda oynanılıb.

İngiltərənin “Çelsi” klubu Almaniyanın “Bavariya” komandasını qəbul edib.

Birinci hissədə komandalar fərqlənməyə yaxın olsa da, hesab açılmayıb. Matçın 50-ci və 51-ci dəqiqələrdə almanlar ardıcıl iki qol vurub. Serj Qnabri dublun rəsimiləşdirib.

Görüşün 76-ci dəqiqəsində “Bavariya” hesab arasındakı fərqi üç topa çatdırıb. Robert Levandovskiy adını tabloya yazdırıb - 0:3.

Oyunun 84-cü dəqiqəsində London təmsilçisi azlıqda qalıb. Markos Alonso birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bu komandalar arasındakı cavab görüşləri martın 18-də keçiriləcək.


Digər xəbərlər