Elvin Məmişzadə mübarizəni dayandırdı

  Bölmə: Olimpiya Növləri | 6213 | 23:25 17-08-2016
Elvin Məmişzadə mübarizəni dayandırdı

Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışında 1/4 final mərhələsinin növbəti görüşləri keçirilib. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha bir idmançısı rinqə çıxıb.

 

1/8 finalda qazaxıstanlı Oljas Sattibayevi mübarizədən kənarlaşdıran dünya çempionumuz Elvin Məmişzadə ikinci qarşılaşmasında özbəkistanlı Şaxobidin Zoirovla üz-üzə gəlib. 

 

Təəssüf ki, təmsilçimiz bu uğura nail ola bilməyib. Rəqibinə hər üç raundda məğlub olan təmsilçimiz Olimpiadada çıxışını başa vurub.

 

Qeyd edək ki, boks yığmamızın iki üzvü Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanıblar və hər iki idmançının çempionluq şansları davam edir.


Digər xəbərlər