Azərbaycan Premyer Liqası: "Qarabağ" doğma meydanda xal itirib

  Bölmə: Ölkə futbolu | 2008 | 21:40 29-02-2020
Azərbaycan Premyer Liqası: "Qarabağ" doğma meydanda xal itirib

Fevralın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun ikinci matçında “Qarabağ” doğma meydanda “Sabah”ı qəbul edib.

OLİMPSPORT  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunda qapılara top vurulmayıb.

Günün birinci görüşündə - “Sumqayıt” - “Keşlə” matçında da qalib müəyyənləşməyib – 2:2.

Martın 1-də turun digər oyunlarında “Zirə” komandası “Qəbələ”, “Neftçi” isə “Səbail” komandası ilə qarşılaşacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanır.

Hazırda turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.


Digər xəbərlər