Koronavirus olimpiadanı təxirə sala bilərmi? Artıq olimpiadaya gedən yolun biri bağlanıb

  Bölmə: Maqazin | 516 | 22:41 29-02-2020
Koronavirus olimpiadanı təxirə sala bilərmi? Artıq olimpiadaya gedən yolun biri bağlanıb

Güləş üzrə Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış koronavirusa görə təxirə salınıb. 

OLİMPSPORT Dünya Güləş Birliyinin (DGB) rəsmi saytına istinadən xəbər verir ki,  Asiya qitəsi üzrə idmançılar martın sonlarında  Qırğızıstanın paytaxtı Bişkekdə olimpiadaya lisenziya uğrunda mübarizə aparacaqdılar. Lakin, bütün dünyanın diqqət mərkəzində olan keçici koronavirus xəstəliyi buna imkan verməyib. Böyük ehtimalla dünyanı qorxuya salan koronavirus əsasən Asiya ölkələrində daha çox yayıldığı üçün Dünya Güləş Birliyi (DGB) bu cür qərar verib.

Xatırladaq ki, mart ayında  Avropa qitəsi üzrə daha bir olimpiadaya lisenziya verəcək yarış Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək və həmin yarışın təxirə salınması da istisna olunmur.

Qeyd edək ki, qorxulu virusun qarşısı tezliklə alınmasa, Tokio Olimpiya Oyunlarının belə təxirə salınma ehtimalı az da olsa var. Düzdür, mövcud durumda bu o qədər real görünmür. Amma nəzərə alsaq ki, Olimpiya Oyunlarında iştirakçı sayına görə Çin Olimpiya yığması böyük heyətlə çıxış etdiyindən və bu siyahıya C.Koreya, İran İslam Respublikasını və digər bu virusun yayılma riski olan ölkələri də əlavə etsək, deyilənlər qismən də olsa, öz əksini tapa bilər. Hələ üstəlik olimpiadaya ev sahibliyi edəcək Yaponiya da necə deyərlər, arzuolunmaz xəstəliyin baş qaldırdığı qitəni təmsil edir. Ümid edək ki, planetimiz tezliklə bu arzuolunmaz xəstəlikdən xilas olacaq.


Digər xəbərlər