Bu gün Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-ın yaranmasının 100 ili tamam olur

  Bölmə: Maqazin | 497 | 16:20 01-03-2020
Bu gün Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-ın yaranmasının 100 ili tamam olur

Bu gün Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-ın yaranmasının 100 ili tamam olur

Xalq Cümhuriyyətində yaranan AZƏRTAC-ın  ilk xəbəri 1920-ci il martın 1-də Şuşadan, Xankəndindən, Füzulidən buraxılıb. Hazırda 8 dildə xəbər, 5 dildə video yayır. 21 ölkədə müxbir məntəqəsi var.  48 xarici agentliklə rəsmi tərəfdaşlıq əlaqəsi qurulub. Gündəlik 500-dən artıq xəbər yayır.

2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, həmçinin Asiya ölkələrinin xəbər agentlikləri təşkilatına rəhbərlik edib.

Bu il həm də agentliyin ilk veb-saytının yaranmasının 20, multimedia və videoxəbər xidmətinin yaranmasının 10 illiyidir.

OLİMPSPORT ailəsi adından 100 illik yubileyi münasibətilə həmkarlarımızı təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq!

 


Digər xəbərlər