"El klassiko" da "Real Madrid" qələbə qazanıb

  Bölmə: Xarici futbol | 828 | 07:39 02-03-2020
"El klassiko" da "Real Madrid" qələbə qazanıb

Martın 1-də futbol üzrə İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.

OLİMPSPORT  xəbər verir ki, həyacan və maraqla gözlənilən və “El klassiko” da “Real Madrid”–“Barselona” komandaları üz-üzə gəlib.

“Santiaqo Bernabeu” stadionunda 75 min 557 nəfərin izlədiyi görüşdə “Real Madrid” qələbə qazanıb (2:0).

Oyunda birinci hissədə hesab açılmasa da, “Real Madrid” fasilədən sonra ardıcıl iki dəfə fərqlənərək vacib qələbə qazanıb.

Vinisius Junior (71) və Mariano Diaz (90) fərqləniblər.

Bu qələbədən sonra aktivinə 56-ci xalı yazan madridlilər turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 55 xalla ikinci yerdə qərarlaşıb. “Barselona” və “Real Madrid”in çempionatdakı ən yaxın izləyicisi “Sevilya”nin 46 xalı var. Bu, La Liqada 180-ci “El klassiko” olub. İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73 dəfə, “Barselona” isə 72 dəfə qalib gəlib. Otuz beş oyun heç-heçə başa çatıb.


Digər xəbərlər