Tanınmış veteran futbolçulardan biri Nazim Süleymanovun komandasına keçmək istəyir

  Bölmə: Ölkə futbolu | 2809 | 10:30 05-03-2020
Tanınmış veteran futbolçulardan biri Nazim Süleymanovun komandasına keçmək istəyir

Tanınmış veteran futbolçulardan biri Nazim Süleymanovun komandasına keçmək istəyir.

OLİMPSPORT yaxın mənbənin verdiyi məlumata istinadən xəbər verir ki, Azərbaycan futbolunun məşhur simalarından biri Nazim Süleymanovun sədri olduğu AFFA Həmkarlar İttifaqına (AFFA Hİ ) qoşulmaq niyyətindədir.

Nazim Süleymanovun sədri olduğu təşkilatın fəaliyyəti AFFA tərəfindən qeyri - qanuni hesab olunsa da, bir tərəfdən dolayısı ilə AFFA onlar üçün arzuolunmaz təşkilatla hesablaşır. Bunu AFFA açıq şəkildə etiraf etməsə də, baş verən hadisələr deyilənləri təsdiqləyir. Ən azı, vurğulamaq kifayət edər ki, təxminən bir il əvvəl yaranan təşkilatın sıralarına qoşulan haqqı-hüququ pozulan, işsiz qalmış bir neçə üzv AFFA tərəfindən işlə təmin olunub. Bundan əlavə 12 ildə veteran futbolçuları kütləvi şəkildə bir araya toplamayan AFFA bu yaxınlarda Azərbaycan futbolunun veteranları ilə böyük yığıncaq keçirdi və onların problemləri ilə maraqlandı. Azərbaycan Premyer Liqasında komandaların sayını növbəti mövsümdə ən azı 10 - çatdırmaq da AFFA-nın iş planına daxil olunub.

AFFA sanki Nazim Süleymanovun təşkilatının qabartdığı problemləri həyata keçirir. Əslində, bu alqışa layiqdir. Elə Nazim Süleymanov və onun komandasının istəyi də budur. Amma hələki Nazim Süleymanov savab qazanmaqdadır. Necə deyərlər, adı Nazimin, savabı başqasının. Elə bu sadaladıqlarımızı görüb, AFFA-dan küskün düşən futbol ictimaiyyətinin nümayəndələri Nazim Süleymanova pənah gətirmək istəyirlər ki, bəlkə, bəxtləri açıla. Düz də edirlər. Axı Nazim özü və həmkarları da düzgün yoldadırlar. Çünki onlar Azərbaycan futbolunun inkişafından başqa heçnə istəmirlər. Nə bir siyasi partiya kimi, nə dövlətimizin maraqlarına, nə də ki, qanuna zidd olan fəaliyyətləri yoxdur.

Qeyd edək ki, Nazim Süleymanov özü də dəfələrlə bildirib ki, qapımız gələnin də gedənin də üzünə həmişə açıqdır.


Digər xəbərlər