Azərbaycan Premyer Liqasının XX turunun digər qarşılaşması da böyük hesabla başa çatıb

  Bölmə: Ölkə futbolu | 311 | 20:41 07-03-2020
Azərbaycan Premyer Liqasının XX turunun digər qarşılaşması da böyük hesabla başa çatıb

Martın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun ikinci görüşündə "Neftçi" doğma meydanda "Sabah"ı qəbul edib.

OLİMPSPORT  xəbər verir ki, "Bakcell Arena"da keçirilən oyunda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.

"Neftçi"nin heyətində Saman Nərimancahan (6), Anton Krivaotsyuk (49), Baqali Dabo (62) və Mirabdullah Abbasov (90+1) fərqləniblər.

Günün birinci oyununda “Qəbələ” klubu “Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edib.

Turun digər oyunları martın 8-də keçiriləcək. Baş hakim funksiyasını İnqilab Məmmədovun yerinə yetirəcəyi “Səbail”–“Zirə” matçı saat 16:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanır.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 37 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb.


Digər xəbərlər