Qadın güləşçilərimiz olimpiadaya lisenziya uğrunda turnirə Minskdə hazırlaşır

  Bölmə: Güləş | 858 | 20:45 07-03-2020
Qadın güləşçilərimiz olimpiadaya lisenziya uğrunda turnirə Minskdə hazırlaşır

Qadınlardan ibarət güləş yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.

OLİMPSPORT xəbər verir ki, martın 4-dən start götürən hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında milli üzvlərindən Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko, Elis Manolova (hamısı 62 kq) və Gözəl Zutova (76 kq) iştirak edir. Yerli komanda ilə birgə keçirilən məşqlər martın 18-dək davam edəcək.

TMT Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Xatırladaq ki, yarışda millimiz 53, 57, 62, 68 və 76 kq-da Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Qadın güləşçilər martın 20-21-də mübarizə aparacaq.


Digər xəbərlər