Azərbaycan Premyer Liqası: "Zirə" 3 xalı üç qolla qazanıb

  Bölmə: Ölkə futbolu | 2682 | 19:22 08-03-2020
Azərbaycan Premyer Liqası: "Zirə" 3 xalı üç qolla qazanıb

Martın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib.

OLİMPSPORT  xəbər verir ki, “ASCO Arena”da “Səbail” klubu “Zirə” komandasını qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı erkən qolla “Zirə” klubu açıb. Oyunun 12-ci dəqiqəsində Davit Volkov fərqlənib – 0:1.

Qarşılaşmanın 34-cü dəqiqəsində meydan sahibləri Rauf Əliyevin qolu ilə hesaba tarazlıq gətirib – 1:1.

Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra matçın 59-cü dəqiqəsində Ağabala Ramazanov zirəliləri yenidən hesabda önə çıxarıb – 1:2.

Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Şafik Tiqrudja qoyub.


Digər xəbərlər