Futbol üzrə Azərbaycan çempionatının 20-ci turu başa çatıb

  Bölmə: Ölkə futbolu | 2116 | 21:25 08-03-2020
Futbol üzrə Azərbaycan çempionatının 20-ci turu başa çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.

OLİMPSPORT  xəbər verir ki, "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 31-ci dəqiqədə Abdullah Zubir açıb. 87-ci dəqiqədə isə Filip Ozobiç yekun nəticəni müəyyənləşdirib. Bu qələbə sayəsində xalını 45-ə çatdıran "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"dən 8 xal aralanıb. "Keşlə" isə 30 xalla 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Səbail"i məğlub edib - 3:1. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"a 5:0, "Neftçi" isə "Sabah"a 4:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər