İtaliya A Seriyası: "Yuventus" vacib qələbə qazanıb

  Bölmə: Xarici futbol | 309 | 11:02 09-03-2020
İtaliya A Seriyası: "Yuventus" vacib qələbə qazanıb

Martın 8-də İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşması keçirilib.

OLİMPSPORT  xəbər verir ki, lider “Yuventus” öz meydanında üçüncü yerdə qərarlaşan “İnter” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qoca sinyora”nın heyətində Aron Remsi (55) və Paolo Dibala (67) fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 63-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyini davam etdirir. “İnter” isə 54 xalla üçüncü yerdə qərarlaşıb.


Digər xəbərlər