Qurban Qurbanov: "Zubirə sərbəstlik verdik"

  Bölmə: Ölkə futbolu | 755 | 11:11 09-03-2020
Qurban Qurbanov: "Zubirə sərbəstlik verdik"

Komandamı təbrik edirəm. Çox yaxşı oyun oldu.

OLİMPSPORT  xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda “Keşlə” üzərində qazanılan (2:0) səfər qələbəsindən sonra təşkil olunmuş mətbuat konfransında söyləyib.

Baş məşqçi deyib: “Hər iki komanda bu gün özünü yaxşı tərəfdən göstərdi. Get-gedə komandalar oyun formasını yaxşılaşdırırlar. Qış hazırlığından sonra klublar daha düzgün oyun sərgiləyirlər. Bu gün mövqe dəyişikliyi etdik. Əvvəlki oyunlarda da belə addım atırdıq. Bu gün sırf rəqibə görə belə gedişə əl atdıq. Zubirə sərbəstlik verdik. O da özünü pis tərəfdən göstərmədi”.


Digər xəbərlər