UEFA-dan daha bir qadağa!

  Bölmə: Xarici futbol | 290 | 17:07 10-03-2020
UEFA-dan daha bir qadağa!

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərarlar qəbul edib.

OLİMPSPORT  xəbər verir ki, UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq “Olimpiakos” (Yunanıstan) – “Volverhemton” (İngiltərə) və “Sevilya” (İspaniya) - “Roma (İtaliya) görüşləri azarkeşsiz keçiriləcək. Bu komandalar arasında oyun martın 12-də təşkil olunacaq.

Xatırladaq ki, daha əvvəl qitə futbol qurumu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Paris Sen-Jermen” (Fransa) – “Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz baş tutacaq.


Digər xəbərlər