Çempionlar Liqasının 1/4 final mərhələsinə bu iki komanda vəsiqə qazanıb

  Bölmə: Xarici futbol | 688 | 08:26 11-03-2020
Çempionlar Liqasının 1/4 final mərhələsinə bu iki komanda vəsiqə qazanıb

Martın 10-da UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

OLİMPSPORT xəbər verir ki, öz meydanında 4:1 hesabı ilə məğlub edən “Atalanta” (İtaliya) səfərdə İspaniyanın “Valensiya” klubunun qonağı olub. Görüş bu dəfə də italyanlıların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Atalanta”nın heyətində hər dörd qolu Josip İliçiç vurub. “Valensiya”da isə Kevin Qameyro və Ferran Torres fərqlənib.

Günün digər qarşılaşmasında Almaniyanın “Leyptsiq” klubu öz meydanında İngiltərənin “Tottenhem” komandasını qəbul edib. Marsel Sabirzer (2) və Emil Forsberqin qolları sayəsində “Leyptsiq” üç cavabsız qolla rəqibinə qalib gəlib.

Bu komandaların arasında Londonda baş tutan görüşdə “Leyptsiq” minimal hesabla qalib gəlmişdi (1:0).  


Digər xəbərlər