UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunları təxirə salınıb

  Bölmə: Xarici futbol | 295 | 23:05 11-03-2020
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunları təxirə salınıb

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunları təxirə salınıb.

OLİMPSPORT  xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Belə ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasında səyahət məhdudlaşdırılıb  və buna görə matçların təxirə düşməsi haqqında qərar qəbul edilib.   

Qeyd edək ki, Avroliqasının nəzərdə tutulmuş hər iki oyunu sabah keçirilməli idi. 


Digər xəbərlər