Hacı Əliyev: "Amma mən yenə də hazıram və mütləq lisenziya qazanmalıyam"

  Bölmə: Güləş | 1781 | 06:57 12-03-2020
Hacı Əliyev: "Amma mən yenə də hazıram və mütləq lisenziya qazanmalıyam"

Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb. Tokio Olimpiya Oyunlarına lisenziya uğrunda bu yarışda  Azərbaycan yığmasının üzvü, üçqat dünya, Avropa çempionu, Olimpiya mükafatçısı  Hacı Əliyev də mübarizə aparacaqdı. Bununla bağlı millimizin əsas liderlərindən olan Hacı Əliyev Olimpsport.az-ın suallarını cavablandırıb:

Yəqin ki, turnirin təxirə salınması hamı kimi sizi də üzdü. Hacı Əliyev rəqibləri ilə müqayisədə turnirin təxirə salınmasına görə daha çox itirdi ya hamı necə, o da elə?

-Əvvəlcə onu deyim ki, çox yaxşı hazlaşmışdıq. Tam hazır idim. Çünki Maxacqalada çoxlu sınaq görüşləri  keçirirdim. Yarışın vaxtında olması mənim üçün çox vacib idi.

Bəs, ən çox itirilən nə oldu?

-Ən çox itirilən çəkilən zəhmətdir. Amma mən yenə də hazıram və mütləq lisenziya qazanmalıyam.

Yəqin ki, bu baş verənlər psixoloji cəhətdən çox idmançıya təsir edəcək?

- Psixoloji tərəfdən heç bir problem yoxdur. Sadəcə yarışın vaxtını uzatdılar. Deməli, Allah belə istədi.

 


Digər xəbərlər