"COVİD-19" Budapeştdən Sofiyaya keçdi - Daha bir Olimpiya təsnifat turniri təxirə salındı

  Bölmə: Güləş | 1891 | 07:47 12-03-2020
"COVİD-19" Budapeştdən Sofiyaya keçdi - Daha bir Olimpiya təsnifat turniri təxirə salındı

30 aprel-03 may tarixində Bolqarıstanın paytaxtı Sofiyada keçirilməli olan güləş üzrə  dünya Olimpiya təsnifat turniri də təxirə salındı.

OLİMPSPORT Dünya Güləş Birliyinin ( UWW) rəsmi saytına istinadən xəbər verir ki, qurumun prezidenti Nenad Laloviç bu haqda belə deyib:

"Ölkələrin "COVİD-19" la apardığı mübarizəni yaxından izləyirik. Güləşçilərimizə, məşqçilərimizə və güləş sevərlərə daha çox məlumat verməyə davam edəcəyik. Olimpiadaya gedəcək olan idmançılar təsnifat yarışlarında təyin olunacaq, ancaq bütün dünya əhalisi bu virusa qarşı vuruşarkən səbrli və ayıq olmağımız lazımdır.  İdmançıların sağlamlığı bizim bizim üçün çox önəmlidir".


Digər xəbərlər