Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinə start veriləcək

  Bölmə: Xarici futbol | 240 | 13:14 12-03-2020
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinə start veriləcək

Martın 12-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün 1/8  final mərhələsinə start veriləcək.

OLİMPSPORT  xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” klubu İstanbulda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.

Xəbər verdiyimiz kimi, “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) oyunları UEFA tərəfindən təxirə salınıb.

Günün digər görüşləri isə aşağıdakılardır: “Ayntraxt” (Frankfurt, Almaniya) – “Bazel” (İsveçrə); LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə); “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə); “Qlazqo Reyncers” (Şotlandiya) – “Bayer” (Leverkusen, Almaniya); “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna).

Səkkizdəbir final mərhələsinin cavab görüşləri martın 19-da olacaq.


Digər xəbərlər