Futbol üzrə İspaniya çempionatları dayandırılıb

  Bölmə: Xarici futbol | 2243 | 19:24 12-03-2020
Futbol üzrə İspaniya çempionatları dayandırılıb

Futbol üzrə İspaniya çempionatının rəhbərliyi koronavirus səbəbindən La Liqa və Sequnda Liqanın oyunlarının təxirə salındığını elan edib.

OLİMPSPORT  xəbər verir ki, “Real Madrid” klubunun karantin barədə qərarı və bəzi klubların futbolçularının koronavirus testinin müsbət çıxması nəzərə alınaraq, əsas və ikinci liqaların matçlarının ən azı iki həftə müddətinə təxirə salınmasına dair qərar qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl La Liqa və Sequnda Liqa matçlarının iki həftə ərzində azarkeşsiz oynanılacağı bildirilmişdi.


Digər xəbərlər