Kriştiano Ronaldo koronavirusa görə karantinə alınıb

  Bölmə: Xarici futbol | 2760 | 06:51 13-03-2020
Kriştiano Ronaldo koronavirusa görə karantinə alınıb

Məşhur futbolçu Kriştiano Ronaldo ölkəsində koronavirus şübhəsi ilə karantinə alınıb.

Teleqraf.com xəbər verir ki, Ronaldonun 14 gün ərzində karantində olacağı bildirilib. İtaliyada “Yuventus” formasını geyinən futbolçu infarkt keçirmiş anasını görmək üçün ölkəsinə gəlib. 35 yaşlı forvard "Yuventus"dakı komanda yoldaşı Daniele Ruqanidə virus aşkarlandıqdan sonra təhlükəsizlik səbəbindən həkim nəzarəti altına götürülüb.


Digər xəbərlər