UEFA Avropa Liqası: "Başakşehir" son dəqiqələrdə qələbə qazanıb

  Bölmə: Xarici futbol | 306 | 06:57 13-03-2020
UEFA Avropa Liqası: "Başakşehir" son dəqiqələrdə qələbə qazanıb

  Martın 12-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

OLİMPSPORT  xəbər verir ki, Ukraynanın "Şaxtyor" klubu səfərdə Almaniyanın "Volfsburq" komandasının qonağı olub. Görüş Donetsk təmsilçisinin səfər qələbəsi ilə başa çatıb - 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.

Almaniyanın digər təmsilçisi "Bayer Leverkuzen" Şotlandiyada "Reyncers" üzərində inamlı qələbə qazanıb - 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.

İngiltərənin "Vulverhempton" komandası isə Yunanıstanda "Olimpiakos"la heç-heçəyə nail olub - 1:1.

Az əvvəl xəbər verdiyimiz kimi, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” Danimarkanın “Kopenhagen” komandasını qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub - 1:0.

Qeyd edək ki, "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşləri təxirə salınıb.


Digər xəbərlər