Türkiyədə bütün idman tədbirləri koronavirusa görə təxirə salınıb

  Bölmə: Maqazin | 184 | 07:04 13-03-2020
Türkiyədə bütün idman tədbirləri koronavirusa görə təxirə salınıb

Türkiyədə bütün idman tədbirləri koronavirusa görə aprel ayının sonuna qədər azarkeşsiz keçiriləcək.

OLİMPSPORT  xəbər verir ki, bu qərara cari həftədə keçiriləcək futbol üzrə ölkə çempionatı da aiddir.

Superliqanın XXVI turunun mərkəzi “Trabzonspor”-“Başakşəhər” və “Qalatasaray”-“Beşiktaş” matçları da azarkeşsiz keçiriləcəyi açıqlanıb. Bu qərarı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, qərar bu gün koronavirusla bağlı keçirilən toplantıda qəbul edilib.


Digər xəbərlər