Futbol üzrə Azərbaycan çempionatı təxirə salınıb

  Bölmə: Ölkə futbolu | 320 | 19:20 13-03-2020
Futbol üzrə Azərbaycan çempionatı təxirə salınıb

Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın XXI, XXII, I Divizionun XX turlarının təxirə salınması haqqında əmr imzalayıb.

OLİMPSPORT  xəbər verir ki, əmr son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə əlaqədar futbol çempionatlarını təxirə salması, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizə, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırması və aparılan son müzakirələr rəhbər tutularaq imzalanıb.

Qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında təxirə salınmış turların keçiriləcəyi tarix barədə məlumat yerləşdiriləcək.


Digər xəbərlər