Güləş üzrə millimizin məşqçisi doğum gününü qeyd edir

  Bölmə: Güləş | 424 | 15:28 14-03-2020
Güləş üzrə millimizin məşqçisi doğum gününü qeyd edir

Güləş üzrə millimizin məşqçisi doğum gününü qeyd edir 

Bu gün sərbəst güləş üzrə gənclərdən ibarət milli komandamızın böyük məşqçisi Rövşən Hacıyevin 45 yaşı tamam olur. 

Ömrünün böyük hissəsini güləş xalçası üzərində keçirən təcrübəli məşqç elə bu gün də doğum gününü xalça ətrafında qeyd edib.  Onu bu xoş gündə millimizin tanınmış idmançı və məşqçi heyəti tək buraxmayıb və səbəbkarı tort süfrəsi ətrafında təbrik ediblər.

Xatırladaq ki, Rövşən Hacıyev 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər güləş məktəbinin yetirməsi olan təcrübəli mütəxəssis gənclər arasında Avropa çempionudur. 

Biz də OLİMPSPORT ailəsi adından Rövşən Hacıyevi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!


Digər xəbərlər