Boksçumuz olimpiadaya lisenziya qazanıb

  Bölmə: Olimpiya Növləri | 191 | 12:42 17-03-2020
Boksçumuz olimpiadaya lisenziya qazanıb

Boks üzrə Azərbaycan milli komandası “Tokio 2020” Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

OLİMPSPORT xəbər verir ki,  yığmamızın heyətində Tayfur Əliyev (57 kq) bu hüquqa yiyələnib.

Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində dörddəbir finala yüksəlməklə “Tokio 2020”də iştirak hüququna sahib olub. 23 yaşlı boksçu səkkizdəbir finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və T.Əliyev qalib elan olunub.

Xatırladaq ki, yarış gecə seansından sonra dayandırılacağından dörddəbir final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.


Digər xəbərlər