Futbol üzrə Avropa çempionatı təxirə salınıb

  Bölmə: Avro-2020 | 621 | 17:06 17-03-2020
Futbol üzrə Avropa çempionatı təxirə salınıb

Bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020 təxirə salınıb.

OLİMPSPORT  xəbər verir ki, bu barədə rəsmən ilk olaraq Norveç Futbol Federasiyasının saytı məlumat yayıb.

UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında Norveç də təmsil olunub. Turnirin 2021-ci ilə keçiriləcəyi bildirilib.  UEFA-nın da gün ərzində qərarı elan edəcəyi gözlənilir.

"New York Times" nəşrinin müxbiri Tariq Panca bildirib ki, Avro-2020 gələn ilə təxirə salınıb.

UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə bununla bağlı qərar verildiyini bildirib.

Qurumun turnirin gələn ilin yayında keçirəcəyi vurğulanıb. UEFA-nın bugünkü videokonfransında qərarın rəsmən elan olunacağı iddia olunub.


Digər xəbərlər