Futbol üzrə Azərbaycan çempionatının bərpa vaxtı uzadıldı

  Bölmə: Ölkə futbolu | 198 | 16:13 18-03-2020
Futbol üzrə Azərbaycan çempionatının bərpa vaxtı uzadıldı

Azərbaycan I Divizionu və Premyer Liqasının oyunları aprelin 14-dək qədər bərpa olunmayacaq.

OLİMPSPORT xəbər verir ki,   bu barədə Peşəkar Futbol Liqasının (PFL) açıqlamasında bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın göstərişinə əsasən, matçlar sözügedən tarixə qədər oynanılmayacaq: "Əgər 14 aprel tarixində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq".

Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasının 4, I divizionunun 3 turu nəzərdə tutulan vaxtda olmayacaq.

Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. PFL hesab edir ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.


Digər xəbərlər