Güləşçilərimiz AntiDopinq Agentliyi Komissiyanın üzvü seçilib

  Bölmə: Güləş | 329 | 19:42 18-03-2020
Güləşçilərimiz AntiDopinq Agentliyi Komissiyanın üzvü seçilib

Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) İdmançılar Məsləhətçi Komissiyasını təsis edib.

OLİMPSPORT xəbər verir ki, komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, idmançıların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.

Komissiyanın funksiyası idmançılar və AMADA arasında əlaqələndirici rolunu oynamaq olacaq. Tərkibi təsdiqlənən komissiya on iki idmançıdan ibarətdir. Onlardan ikisi tanınmış güləşçilərimiz Hacı Əliyev və Rəsul Çunayevdir.

AMADA Komissiya ilə vacib məsələlər üzrə birgə çalışaraq, fəaliyyətində idmançıların fikir və ehtiyaclarını nəzərə almaq üçün əməkdaşlıq edəcək.


Digər xəbərlər