Novruz Əzimov - 60 !

  Bölmə: Maqazin | 2236 | 18:58 19-03-2020
Novruz Əzimov - 60 !

“Neftçi”nin veteran futbolçusu Novruz Əzimovun 60 yaşı tamam olur.

1960-cı ildə dünyaya gəlmiş müdafiəçi 1982, 1985-1992-ci illər ərzində “Neftçi”nin heyətində 146 oyun keçirib, 5 qol vurub. 1992-ci ildə “Neftçi” ilə Azərbaycan çempionluğunu qazanmış Əzimov 2017-2018-ci illərdə doğma klubunun  məşqçisi olub.

Xatırladaq ki, yubilyar hazırda "Xocalı" Futbol Klubunun məşqçisidir. 

OLİMPSPORT ailəsi adından veteran futbolçumuzu təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq!


Digər xəbərlər