Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyirlər

  Bölmə: Maqazin | 1769 | 12:19 22-03-2020
Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyirlər

 Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyirlər

Gənclər və İdman Nazirliyindən OLİMPSPORT-a məlumat verilib ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda birgə videoçarx hazırlayıblar.

Videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər.

Videoçarxda Dünya Skaut Komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın Avroviziya təmsilçisi Efendi, Prezident mükafatçısı Sabir Rüstəmov, Olimpiya çempionu Elnur Məmmədli, üçqat dünya çempionu Hacı Əliyev, gimnastika üzrə Avropa çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.

Videoçarx Heydər Əliyev Mərkəzi, Milli Gimnastika Arenası, Olimpiya Stadionu, Bakı Konqres Mərkəzi, Su İdmanı Sarayı və Kristal Hallın önündə çəkilib.

https://youtu.be/OhQ3pdBPBeA


Digər xəbərlər