Koronavirusa qalib gələn Rüştü Rəcbər: "Virus cavan və ya yaşlı tanımır"

  Bölmə: Maqazin | 1056 | 17:22 08-04-2020
Koronavirusa qalib gələn Rüştü Rəcbər: "Virus cavan və ya yaşlı tanımır"

Koronavirusa qalib gələn Rüştü Rəcbər: "Virus cavan və ya yaşlı tanımır"

Xəbər verdiyimiz kimi, dünyada sürətlə yayılan koronavirus epidemiyasına futbol üzrə Türkiyə millisinin keçmiş qapıçısı Rüştü Rəcbər də yoluxmuşdu. Bu günlərdə xəstəxanada müalicəsini tamamlayan dünya şöhrətli veteran futbolçu artıq evinə buraxılıb. Yüzlərlə ulduz futbolçuların zərbəsini dəf edən, "Barselona","Fənərbaxça" və "Beşiktaş" kimi nəhəng klubların şərəfini qoruyan, dünya çempionatının bürünc medal sahibi Rüştü Rəcbər koronavirusu da özündən dəf etməyi bacarıb.

Qeyd edək ki, yaşadığı olaylarla bağlı Rüştü Rəcbər "olimpsport.az" saytına xüsusi açıqlama verib. Həmin açıqlamanı oxuculara təqdim edirik:

"Allaha şükürlər olsun ki, hər şey geridə qaldı. Sıx və uzunmüddətli müalicə prosesi keçdim. Hazırda özümü yaxşı hiss edirəm. Evdə olsam da, hələ də karantindəyəm. Dualarınız üçün təşəkkür edirəm. Amma bir xahişim də var. Bu xəstəliklə zarafat etmək olmaz. Çox diqqətli olun. Virus cavan və ya yaşlı tanımır. Sağlam qalın. Hər kəsə salamlarımı çatdırıram".


Digər xəbərlər