Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu olub

  Bölmə: Olimpiya Növləri | 2057 | 05:19 23-04-2020
Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu olub

Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı “Cakarta” (Pertamina) voleybol klubu İndoneziya çempionu elan edilib.

OLİMPSPORT  xəbər verir ki, bu barədə İndoneziya Voleybol Federasiyası qərar qəbul edib. Müntəzəm çempionatın qalibi olan “Cakarta” koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/2020-ci il mövsümünün qalibi olub.

Qeyd edək ki, bu komandanın heyətində Azərbaycan voleybolçuları Natalya Məmmədova və Odina Əliyeva da çıxış ediblər.


Digər xəbərlər