Fransa çempionatı rəsmən başa çatmış elan olunub

  Bölmə: Xarici futbol | 449 | 12:07 29-04-2020
Fransa çempionatı rəsmən başa çatmış elan olunub

Fransa çempionatında 2019/20 mövsümü rəsmən başa çatmış elan olunub.

OLİMPSPORT xəbər verir ki,  bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Yarış koronavirus pandemiyasına görə martın 13-də dayandırılıb. Çərşənbə axşamı ölkənin baş naziri Eduar Filipp bildirib ki, kütləvi idman tədbirləri sentyabra qədər keçirilməyəcək. Federasiya bəyanatında ölkə yarışının keçirilməsi ilə məşğul olan peşəkar futbol liqasından Fransa birinciliyinin idman nəticələri haqqında informasiyanı mümkün qədər tez verməyi xahiş edib. Federasiyanın İcraiyyə Komitəsi 2020/21 mövsümü çempionatının başlanması üçün şərtləri müzakirə etmək məqsədilə yaxın vaxtlarda toplaşacaq.

Qeyd edək ki,  Fransa çempionatı 28-ci turdan sonra qeyri-müəyyən müddətə dayandırılıb. Turnir cədvəlinə PSJ liderlik edir. Liqa 1 TOP-5 liqada koronavirus pandemiyasına görə mövsümün ləğv olunduğu ilk ölkə çempionatıdı.

Xatırladaq ki,  Avropada isə daha öncə yalnız Niderland Erediviziyasında mövsümün ləğv olunduğu rəsmən açıqlanmışdı.


Digər xəbərlər