Baqali Dabo "Qarabağ" ın formasını geyindi və "Neftçi" nin qəzəbinə tuş gəldi

  Bölmə: Ölkə futbolu | 463 | 21:12 15-06-2020
Baqali Dabo "Qarabağ" ın formasını geyindi və "Neftçi" nin qəzəbinə tuş gəldi

 "Neftçi" PFK-nın məlumatı

"Neftçi” PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

OLİMPSPORT xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. 

Qeyd edək ki, qalmaqallı futbolçu kimi tanınan Baqali Dabo "Neftçi" nin əzəli rəqibi "Qarabağ" ın formasında sosial şəbəkələrdə şəkil paylaşması klubun qəzəbinə tuş gəlməsi səbəb olduğu ehtimal olunur. 


Digər xəbərlər