Azərbaycan çempionatı başa çatmadan mükafatçılar elan olunub

  Bölmə: Ölkə futbolu | 1449 | 14:41 18-06-2020
Azərbaycan çempionatı başa çatmadan mükafatçılar elan olunub

AFFA İcraiyyə Komitəsinin iyunun 18-dəki qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019-2020-ci il mövsümü üçün Azərbaycanda futbol mövsümü dayandırılıb.

OLİMPSPORT  xəbər verir ki,  cari mövsümdə kubokun qalibi olmayacağından Avropa Liqasında iştirak üçün sonuncu vəsiqə “Sumqayıt”a qismət olub. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Premyer Liqada dördüncü olduğu üçün bu şansı qazanıb. Bununla da, “Sumqayıt” tarixində birinci dəfə avrokubokda iştirak hüququ əldə edib.

Xatırladaq ki, “Sumqayıt”la yanaşı, 2020-2021-ci il mövsümündə Avropa Liqasında ölkəmizi “Neftçi” və “Keşlə”, UEFA Çempionlar Liqasında isə “Qarabağ” təmsil edəcək.


Digər xəbərlər