Ukraynada yaşayan azərbaycanlılar BMT-nin Kiyevdəki binası qarşısında aksiya keçiriblər

  Bölmə: Maqazin | 1357 | 22:07 21-07-2020
Ukraynada yaşayan azərbaycanlılar BMT-nin Kiyevdəki binası qarşısında aksiya keçiriblər

Bu gün Ukraynada yaşayan azərbaycanlılar paytaxt Kiyevdə Birləşmiş Millətlər Təşkilatının (BMT) binası önündə aksiya keçiriblər.

Olimpsport.az xəbər verir ki, aksiyanı keçirməkdə məqsəd bu ay işğalçı  Ermənistan silahlı qüvvələrinin  ordumuzun Tovuzla sərhəddə yerləşən mövqelərini atəşə tutması, mülki insanların yaşadığı kəndlərimizin hücuma məruz qalması və təxribat törətmələrinə etiraz etmək və Ermənistanın işğalçı ölkə olmasını BMT-yə  çatdırmaq olub.

Xatırladaq ki, Tovuz döyüşlərində 12 hərbçimiz və 1 mülki vətəndaşımız şəhid olub. 

Qeyd edək ki,  aksiyanın təşkilatçılarından biri də Kiyev Azərbaycanlılarının Konqresinin sədri, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, güləş üzrə dünya çempionu Oleq Krapivin olub.

Sözü gedən aksiyanın video görüntüsünü oxuculara təqdim edirik.

 


Digər xəbərlər