Şəhid ailələrinin və hərbçilərimizin övladları üçün ödənişsiz idman məşqləri aksiyasına başlanılıb

  Bölmə: Maqazin | 943 | 09:10 24-07-2020
Şəhid ailələrinin və hərbçilərimizin övladları üçün ödənişsiz idman məşqləri aksiyasına başlanılıb

“Güclü Ordu Naminə” şüarı altında Azərbaycan ordusuna dəstək məqsədilə, özəl idman zallarında şəhid ailələrinin və hərbçilərimizin övladlarına ödənişsiz idman məşqlərinin təşkili üçün xeyriyyə aksiyasına start verilir.

“Olimpsport.az” xəbər verir ki, OLİMPSPORT-un təşəbbüsü ilə keçirilən aksiyamıza ölkənin bütün bölgələrində fəaliyyət göstərən idman zalları və məşqçiləri qoşula bilər. “Güclü Ordu Naminə” şüarı altında keçirilən aksiyada əsas məqsəd şəhid ailələrinin və hərbçilərimizin bir daha dövlətimizin və xalqımızın hər zaman onların arxasında olduğunu sübut etdirməkdir. Aksiyada iştirak etmək istəyən şəxslər xidmət edəcəyi  idman növünü və ünvanını [email protected] ünvanına yazıb müraciət edə bilərlər.

Qeyd edək ki, aksiya ölkəmizdə xüsusi karantin rejimindən sonra idman zallarının fəaliyyəti bərpa olunduqdan sonra qüvvəyə minəcək. Hələlik isə, qeydiyyat aparılır.


Digər xəbərlər