Ronaldo özünə dəyəri 8 milyon Avro olan avtomobil alıb

  Bölmə: Maqazin | 152 | 19:51 31-07-2020
Ronaldo özünə dəyəri 8 milyon Avro olan avtomobil alıb

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb.

OLİMPSPORT  xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı “Buqatti Sentodieçi” üçün 8 milyon Avro ödəyib. Bu, limitli modeldir.  Fransa şirkəti cəmi 10 ədəd “Buqatti Sentodieçi” hazırlayacaq. Bu on avtomobil şirkətin 110 illik yubileyi münasibətilə buraxılır. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır. Futbolçu yeni maşınını məhz A seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin “Buqatti” yalnız 2021-ci ildə futbolçuya veriləcək.

Qeyd edək ki, Ronaldo bir neçə gün öncə çempionluq münasibətilə 6 milyonluq yaxta da alıb. 


Digər xəbərlər