"Real Madrid"lə "Yuventus" məğlub oldu, "Mançester Siti" və "Lion" 1/4 finalda

  Bölmə: Xarici futbol | 343 | 10:57 08-08-2020
"Real Madrid"lə "Yuventus" məğlub oldu, "Mançester Siti" və "Lion" 1/4 finalda

"Real Madrid"lə "Yuventus" məğlub oldu, "Mançester Siti" və "Lion" 1/4 finalda

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunub.

 OLİMPSPORT  xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib. Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşıb. İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlsə də, bu, növbəti mərhələ üçün bəs etməyib. "Lion" səfərdə vurduğu qol sayəsində 1/4 finala vəsiqə qazanıb.

Gecənin digər görüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

7 avqust Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunları 

 "Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1

Qollar: Depay, 12-pen (0:1), Ronaldo, 43-pen (1:1), 60 (2:1) İlk oyun - 0:1 

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:1

Qollar: Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1) İlk oyun - 2:1

8 avqust

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya) İlk oyun - 1:1

 "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) İlk oyun - 3:0

1/4 final 12 avqust

"Atalanta" (İtaliya) - PSJ (Fransa)

13 avqust

"Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya)

14 avqust

"Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

15 avqust

"Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.


Digər xəbərlər