Tanınmış idman mütəxəssisi vəfat etdi

  Bölmə: Maqazin | 640 | 12:38 08-08-2020
Tanınmış idman mütəxəssisi vəfat etdi

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib.

OLİMPSPORT xəbər verir ki,  sərbəst güləş üzrə müxtəlif beynəlxalq turnirlərin mükafatçısı, SSRİ idman ustası, Ümumittifaq dərəcəli hakim, əməkdar məşqçi olan Xanlar müəllim 1990-cı ildən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti vəzifəsində çalışırdı. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, "Tərəqqi" medallı X.Qurbanov idmanda göstərdiyi xidmətlərə görə FİLA-nın elmi komisiyasının üzvü seçilmişdi. O, həmçinin Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti vəzifəsində çalışırdı.  

"Olimpsport.az" ailəs OLİMPSPORT  jurnalı ilə uzun illər əməkdaşlıq edən  Xanlar müəllimin vəfatına görə mərhumun yaxınlarına, eləcə də bütün idman ictimaiyyətinə başsağlığı verir.

Allah rəhmət eləsin.


Digər xəbərlər