"Qarabağ" ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi məlum olub

  Bölmə: Ölkə futbolu | 385 | 17:02 09-08-2020
"Qarabağ" ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi məlum olub

Avqustun 9-da İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

OLİMPSPORT  xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilkin mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcəklər. Birinci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.


Digər xəbərlər