ÇL: "Barselona"-"Bavariya" oyununda 10 qol vurulub

  Bölmə: Xarici futbol | 334 | 09:31 15-08-2020
ÇL: "Barselona"-"Bavariya" oyununda 10 qol vurulub

Avqustun 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşması keçirilib.

OLİMPSPORT  xəbər verir ki, Lissabondakı “Estadio da Luz” stadionunda oynanılan görüşdə “Bavariya” (Almaniya) və “Barselona” (İspaniya) komandaları üz-üzə gəlib. Görüş Münxen təmsilçisinin 8:2 hesablı qələbəsi ilə başa çatıb.

“Bavariya”nın heyətində Tomas Müller (2), İvan Perişiç, Serj Qnabri, Coşua Kimix, Robert Levandovski və Felipe Koutinyo (2), “Barselona”dan isə Luis Suares və David Alaba (avtoqol) fərqləniblər. Bu qələbə sayəsində “Bavariya” qitənin ən nüfuzlu klub turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Almanlar növbəti mərhələdə “Mançester Siti” - “Lion” cütün qalibi ilə qarşılaşacaq. Bundan əvvəl isə yarımfinala “PSJ” (Fransa) və “Leypsiq” (Almaniya) komandaları çıxıblar.

“Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) oyunu bu gün keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.


Digər xəbərlər