Çempionlar Liqası: "Qarabağ" rəqibini darmadağın edib

  Bölmə: Ölkə futbolu | 1130 | 22:27 18-08-2020
Çempionlar Liqası: "Qarabağ" rəqibini darmadağın edib

Çempionlar Liqası: “Qarabağ” klubu “Sileks”i darmadağın edib

Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyunu başa çatıb.

OLİMPSPORT  xəbər verir ki, oyuna fəal başlayan “Qarabağ” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb. Qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib. O, təkbətək mübarizdən qalib ayrılıb - 1:0. Hücumların davam etdirən “Qarabağ” birinci hissənin başa çatmasına beş dəqiqə qalmış rəqibin qapısına ikinci dəfə yol tapıb. Donald Gerye fərqlənib - 2:0. Fasiləyə “Qarabağ” iki top üstünlüyü ilə yollanıb. Qarşılaşmanın 51-ci dəqiqəsində "Qarabağ" komandası rəqibi topu oyuna üçüncü dəfə mərkəzdən başlamağa məcbur edib. Künc zərbəsindən sora topu başla rəqib qapısına göndərən Gerye özünün ikinci, komandasının isə üçüncü topunu vurub - 3:0. Buda oyunda son qol olmayıb. Görüşün 80-ci dəqiqəsində “Qarabağ” hesabı 4:0-a çatdırıb. Mahir Əmrəli oyunda son nöqtəni qoyub - 4:0.

Beləliklə, “Qarabağ” rəqibini darmadağın edərək UEFA Çempionlar Liqasının II seçmə mərhələsinə vəsiqəsini təmin edib.

Qeyd edək ki, “Qarabağ” növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər